BolgeXeber.Com » Bölgə » Zərdabda marifləndirmə tədbiri keçirilib

Zərdabda marifləndirmə tədbiri keçirilib

17-03-2023, 11:23
Oxunub: 1 904

Bolgə.TV xəbər verir ki, Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kəndəbil kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.


Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb. 


Daha sonra çıxış edən RPŞ-nin əməkdaşı, polis kiçik leytenanti Ziya Məmmədrəhimli məktəblilərə bu vasitələrin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər barədə məlumat verib və keçirilən tədbirlərin mahiyyətini şagirdlərin diqqətinə çatdırıb.


Tədbirinin sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.