BolgeXeber.Com » Bölgə » Tədbirdə fərqlənən kollektivlər rayon rəhbəri tərəfindən təltif olunub

Tədbirdə fərqlənən kollektivlər rayon rəhbəri tərəfindən təltif olunub

7-06-2023, 17:31
Oxunub: 2 056

Bolgə.TV xəbər verir ki, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə keçirilmiş tədbirdə fərqlənən kollektivlər rayon rəhbəri tərəfindən təltif olunub

Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Təhsil İdarəsinin və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar  müəssisələrdə  tərbiyə alan uşaqlar iştirak ediblər.

Festivalda fərqlənən bir qrup ümumtəsil məktəblərinin və körpələr evi-uşaq bağçalarının kollektivləri rayon icra hakimiyyətinin başçısı tərəfindən qəbul edilib. Qəbulda çıxış edən rayon rəhbəri Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin daim uşaqlara böyük qayğı və diqqət göstərdiyini, onların ən böyük himayədarı olduğunu vurğulayıb. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görüldüyünü, müvafiq qanunvericilik aktları qəbul edildiyini qeyd edib.

Sonra Ulu Öndərin layiqli davamçısı cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə və təhsil işçilərinə göstərdikləri diqqət və qayğıdan danışıb, onlara tədbirin təşkilində fəal iştirak etdiklərinə görə təşəkkür edib,  gələcək fəaliyyətlərində uğurlar diləyib.

Sonda rayon rəhbəri tərəfindən festivalda fərqlənən bir qrup ümumtəsil məktəblərinin, körpələr evi-uşaq bağçalarının kollektivlərinə və şagirdlərə təşəkkürnamələr təqdim edilib.