Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib
24-06-2023, 12:43
Oxunub: 1 784
Bolgə.TV xəbər verir ki, 24 iyun 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkə ərazisindəki çayların sahillərində növbəti ümumrespublika təmizlik aksiyası çərçivəsində Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak edib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Oktay Şahmurov çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd - ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çikləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.
Qeyd olunub ki, bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəkdir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə