BolgeXeber.Com » Bölgə » Saatlıda Azərbaycan Polisinin 105 illiyi münasibəti ilə tədbir keçirilib
Saatlıda Azərbaycan Polisinin 105 illiyi münasibəti ilə tədbir keçirilib
3-07-2023, 09:23
Oxunub: 2 120
Bolgə.TV xəbər verir ki, Saatlıda Azərbaycan Polisinin 105 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları və polis veteranları iştirak ediblər.
Tədbirin əvvəlində Rayon Polis Şöbəsinin şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Gənclər Mərkəzində davam edən tədbirdə çıxış edən şöbə rəisi, polis polkovniki Azər Tağıyev 105 illik tarixi olan polisimizin keçdiyi çətin dövrdən, qazanılan uğurlardan danışıb. Bundan sonra da ictimai təhlukəsizliyin qorunmasında polisin xidmətinin daha da artacağını və bu yolda lazım gələrsə canını belə əsirgəməyəcəyini tədbir iştirakçılarının diqqətinə çatdıran polis rəisi, şəxsi heyəti bayram münasibətilə təbrik edib.
Daha sonra çıxış edənlər Azərbaycan Polisinin keçdiyi şanlı tarixdən söhbət açaraq, dövlətçiliyimizin möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə polis işçilərinə uğurlar arzulayıblar.
Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər