BolgeXeber.Com » Bölgə » İcra başçısı şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib
İcra başçısı şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib
25-01-2024, 15:28
Oxunub: 3 720
Bolgə.TV xəbər verir ki, İcra başçısı şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə Tərtər rayonunun Evoğlu kəndindən olan şəhid Əhmədzadə Məftunun atası Seymur Əhmədovu 55 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıblar. İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib, ailənin qayğıları ilə maraqlanıblar.
Qeyd edək ki, Əhmədzadə Məftun Seymur oğlu 2 fevral 1996-cı il tarixdə Tərtər rayonunun Evoğlu kəndində anadan olub. 2014-cü ildə Evoğlu kənd tam orta məktəbini bitirib. Elə həmin ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Ordudan tərxis edildikdən sonra bir müddət “İctimai dəstəkli polis” layihəsinin iştirakçısı kimi fəaliyyət göstərib, sonra yenidən öz kəndlərində əkin-biçin işlərilə məşğul olmağa başlayıb. Nəhayət, 2021-ci ilin noyabr ayında anasına bildirib ki, müddətdən artıq hərbi qulluqçu kimi orduda xidmət etmək istəyir. Anasının xeyir-duasını alaraq, “Komando” dəstəsinə yazılıb. Şəmkirdə xidmət edib. Hadisədən bir ay əvvəl öz istəyi ilə ən çətin əraziyə–Laçın rayonuna dəyişdirilib.
Məftun Əhmədzadə 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olub. Sentyabrın 16-da qəhrəmanımız böyük izdihamla doğulduğu Evoğlu kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Subay idi. Ailədə üç uşaq olublar, bir qardaş, iki bacı.
Şəhid atası bütün şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes