Ulviranin əri etiraf etdi
28-02-2012, 12:15
Oxunub: 5 353
“Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı istintaqa ifadəsində özü-özünü bıçaqladığını etiraf edib
ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın bıçaqlandığı bildirilən həyat yoldaşı ilə bağlı maraqlı faktlar açıqlanıb.
İşin təhqiqatını aparan Sabunçu rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev açıqlamasında bildirib ki, artıq Tərlan Mustafayevin ifadəsi alınıb. O, polisə verdiyi ifadəsində özü-özünə xəsarət yetirdiyini etiraf edib.
H. Vəliyev, həmçinin qeyd edib ki, hadisə ilə bağlı T. Mustafayevin özünə hansı dərəcəli xəsarət yetirməsini müəyyən etmək məqsədi ilə tibbi ekspertiza təyin olunub. Ekspertizanın rəyi yaxın günlərdə məlum olacaq. Yalnız bundan sonra onun əməlinə hüquqi qiymət verilə bilər. Hazırda təhqiqat araşdırmaları davam etdirilir.
Ekspertizanın rəyi açıqlandıqdan sonra T. Mustafayevin cinayət məsuliyyətinə cəlb edilməsi də istisna edilmir.
Qeyd edək ki, məlum hadisə fevralın 26-dan 27-ə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
T. Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.
Xatırladaq ki, bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər