Könül Xasıyeva və İlqar Muradov YAP-çı oldu
7-05-2012, 19:10
Oxunub: 5 252
Respublikanın Əməkdar artistləri Könül Xasıyeva və İlqar Muradov Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.
Bolgexeber.com xəbər verir ki, bu gün YAP sədrinin müavini-İcra katibi Əli Əhmədov partiyanın mənzil-qərargahında Azərbaycanın Əməkdar artistlərinə üzvlük vəsiqələrini təqdim edib. Bu münasibətlə sənət adamlarını təbrik edən Əli Əhmədov bildirib ki, partiya vəsiqələrinin təqdim olunması əlamətdar gün ərəfəsində baş verir. Əli Əhmədov YAP-ın yaradıcısı Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ölkəmizin bütün guşələrində müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.
Hazırda Azərbaycanın dinamik inkişaf yolunda olduğunun deyən Əli Əhmədov qeyd edib ki, ölkə vətəndaşları bu inkişafı öz həyatlarında, güzəranlarında əhəmiyyətli dərəcədə hiss edirlər: “Vətəndaş öz dövlətinə inanırsa, o dövlət güclü olur. Çox xoşdur ki, siz də YAP-ın üzvlük vəsiqəsini daşıyacaqsınız. Biz partiyamıza böyük və mehriban ailə kimi baxırıq. Bu qədər insanların hamısı eyni ideya və amal uğrunda birləşiblər. Üzvlər bir-birilərini eyni ailənin üzvləri kimi qəbul edirlər. Sizi də bu gün rəsmi şəkildə bu böyük ailənin üzvlüyünə qəbul edirik. Biz bu hadisəyə çox əhəmiyyət veririk. Hesab edirik ki, sizin bu ailəyə qoşulmağınız bizim ailəmizin daha böyüməsi deməkdir. Eyni zamanda, siz bu ailəyə öz populyarlığınızın bir hissəsini gətirirsiniz”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər