Elgiz verilişinin bağlanmasından danışdı
19-05-2012, 11:05
Oxunub: 4 933
“Mən aparıcı olaraq üzülərəm. Ancaq qərarla bağlı israr etmərəm”.
Bunu ANS-də yayımlanan «Toy olsun» verilişinin aparıcısı Elgiz Əkbər sentyabr ayından izdivac verilişlərinin qapadəlması ilə bağlı MTRŞ-nın qərarına münasibət bildirərkən deyib. Amma onu da əlavə edib ki, verilişin bağlanması ilə bağlı qəti qərarın olub-olmamasından xəbərsizdir: “Nuşirəvan müəllim də hər halda boş yerə söz deməz. Yəqin ki, kanal rəhbərliyi ilə danışılıb. Amma kanal rəhbərliyi işçilərə, aparıcılara dövlət məmuru ilə danışıqlar haqda məlumat vermirlər. Hər halda, mən aparıcı olaraq buna üzülərəm. Amma kanal rəhbərliyi qərar versə, israr etməyəcəm”.
Elgiz Əkbər də etiraf edir ki, verilişi bəyənənlər kimi bəyənməyənlər də var. Amma «Toy olsun»un 2 illik işini aparıcı kimi qənaətbəxş sayır. Bu verilişdə 30-dək ailə qurulmasına vasitəçilik etdiklərini deyir. Əlavə edir ki, bunların çoxu ya kasıblar olub, ya fiziki qüsurlu
insanlar.
Bəs Milli Televiziya və Radio Şurasının televiziya kanallarının proqram siyasətinə qarışmaq hüququ varmı?: “Təbii ki, yoxdur. Amma onlar məsləhət, tövsiyə xarakterli fikirlər deyirlər. Mən Nuşirəvan müəllimin dediyinə də demirəm üsyan edirəm, etiraz edirəm. Yox, yox, yox!”.
Azadlıq Radiosu
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər