Günel Zeynalova həbs olundu
23-05-2012, 11:10
Oxunub: 4 695
Türkiyədə məhkəmə Azərbaycan əsilli müğənninin həbs olunması barədə qərar qəbul edib.
Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azəri Günel (Günel Zeynalova) Azərbaycan əsilli iş adamı Rza Zərrabla aralarında davam edən məhkəmə çəkişməsinin sonunda 9 ay azadlıqdan məhrum edilib. Müğənni Ebru Gündeşlə evlənməzdən əvvəl Günellə bərabər olan Rza Zərrab Güneli aralarındakı telefon danışığını onun icazəsi olmadan yaymaqda ittiham edib.
İstanbul Məhkəməsi də Güneli günahkar sayaraq 6 ay azadlıqdan məhrumetmə barədə qərar çıxarıb. Daha sonra da müğənninin telefon danışığını mətbuat vasitəsi ilə yaydığını əsas gətirərək 3 ay da əlavə cəza verib. Onunla birlikdə məlumatı yayan agentliyin rəhbəri Sacit Aslan da eyni cəzaya məhkum edilib. Ancaq onların bu əməli bir daha törətməyəcəyi qənaətinə gələn məhkəmə qərarın icrasını təxirə salıb. Hər iki şəxs 5 il nəzarətdə saxlanılacaq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər