Bu gün “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal keçiriləcək
24-05-2012, 11:55
Oxunub: 4 600
Bu gün Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin II yarımfinal şousu keçiriləcək.
Bolgexeber.com-un məlumatına görə, bugünkü müsabiqədə 18 ölkə təmsilçisi mübarizə aparacaq. Bu sırada Serbiyanı təmsil edən Zeljko Yoksimoviç (Serbiya), Kaliopi (Makedoniya), Joan Franka (Niderland), Kurt Kalleya (Malta), "Litesound" qrupu (Belarus), Filipa Sousa (Portuqaliya), Qaytana (Ukrayna), Sofi Marinova (Bolqarıstan), Eva Boto (Sloveniya), Nina Badric (Xorvatiya), Lorin (İsveç), Anri Coxadze (Gürcüstan), Can Bonomo (Türkiyə), "Ott Lapland" qrupu (Estoniya), Max Jason (Slovakiya), Tooji (Norveç), Maya Sar (Bosniya və Herseqovina), Donny Montell (Litva) var.
Ötən gün gecə keçirilən II yarımfinal şousunun əsas məşqi uğurla başa çatıb. Mətbuat Mərkəzində jurnalistlər və pərəstişkarlar arasında keçirilən səsverməyə görə bu yarımfinalın birincisi Türkiyə təmsilçisi Can Bonomo olacaq. O, 805 səslə səsvermədə birinci yeri tutub. Jurnalistlərin arasında populyarlığa görə növbəti yerləri İsveç, Serbiya, Norveç, Ukrayna, Malta, Belarus, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvatiya, Estoniya, Makedoniya, Sloveniya, Niderland, Litva, Portualiya, Slovakiya və Gürcüstan tutur.
Qeyd edək ki, bu gün keçirilən II yarımfinal şousu saat 00:00-da baş tutacaq. Bu möhtəşəm şou müxtəlif televiziya kanallarında canlı yayımlanacaq.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər