Tanınmış sənətçilərin övladları harada işləyir? - SİYAHI
3-12-2012, 12:15
Oxunub: 4 617
Adətən, deyirlər ki, ot kökü üstdə bitər.
Yəni çox zaman övladlar valideynlərinin peşə davamçısı olurlar. Amma deyəsən, bu məsəl sənətçi övladlarına şamil deyil. Belə ki, Xalq artistləri öz övladlarından danışarkən, onların müxtəlif dövlət orqanlarında, yüksək vəzifələrdə çalışmasından xüsusi qürur duyurlar.
Maraqlıdır “sənətimin quluyam” deyənlər niyə öz övladlarının bu sənətə gəlməsini istəməyib, yüksək əmək haqqı ilə dövlət orqanlarında çalışmalarını arzulayırlar? Övladları dövlət qulluğunda çalışan sənətçilər kimlərdir və onların balaları harada işləyir?
Modern.az saytı bu istiqamətdə kiçik bir araşdırma aparıb.
Xalq artisti Mənsum İbrahimovun dörd övladı var. Onlardan ikisi dövlət qulluqçusudur. Biri Xarici İşlər Nazirliyində, digəri isə Milli Məclisdə işləyir.
Xalq artisti Ağadadaş Ağayevin oğlanlarından biri Gömrük Komitəsində, ikisi Fövqəladə Hallar Nazirliyində, biri isə polis sistemində işləyir.
Digər Xalq artisti Niyaməddin Musayevin də oğlu dövlət qulluqçusudur. Müğənninin övladı Gömrük Komitəsində çalışır.
Xalq artisti Amalya Pənahovanın oğlu İlqar Muxtarov isə Azərbaycanın Meksikadakı fövqəladə və səlahiyyətli səfiridir.
Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov Xarici İşlər Nazirliyinin əməkdaşıdır. B. Məmmədov Buenos-Ayresdəki (Argentina) səfirlikdə konsulluq məsələləri üzrə məsul şəxsdir.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər