Vidadi Bərdəlinin qızı atasının ölümünün səbəbini açıqladı
4-12-2012, 12:40
Oxunub: 9 064
Bu günlərdə qəfil vəfat edən müğənni Vidadi Bərdəli haqqında maraqlı faktlar üzə çıxıb.
Yayılan məlumata görə, müğənninin vəfatı zamanı qohumları onun qolunda olan qızıl saatı və cibində olan pulları götürüblər.
AzNews.az-a danışan mərhumun qızı müğənni Aytac Vidadiqızı məsələyə aydınlıq gətirib. O, yayılan məlumatların yalan olduğunu desə də, atasının mülkiyyətilə bağlı vəsiyyətini açıqlayıb: “Heç kim heç nə götürməyib. Hər şey övladlarının arasında bölüşdürülüb. 3 qardaş, 3 bacıyıq. Səhv etmirəmsə, qardaşlarım Vüqara qızıl üzük, Tuncaya qolbağı düşüb. Atam vəsiyyətində deyib ki, iki avtomobilindən birini (“Mercedes” markalı avtomobil) qardaşım Əhmədin olsun. Qalanlar isə bacılar arasında bölüşüb. Atam ölməzdən əvvəl də vəsiyyətini açıqlamışdı”.
A.Vidadiqızı atasının ölümüylə bağlı yazılan xəbərlərə də münasibətini bildirib: “Atam Hepatit C-yə tutulmayıb. Bu, yalan xəbərdir. Atam Hepatit B olub. Qara ciyərində problem var idi ki, heç bundan da ölmədi. O, əsəbləşdi və ürəyi partladı”.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər