BolgeXeber.Com » Sosial » “Azərsu”yun Qaraçuxurdakı “bildiriş-qoçu”ları sakinləri boğaza yığıb – (Foto)

“Azərsu”yun Qaraçuxurdakı “bildiriş-qoçu”ları sakinləri boğaza yığıb – (Foto)

19-04-2014, 12:45
Oxunub: 4 710 “Azərcu” işçilərinin Qaraçuxur qəsəbəsində özlərini qoçu kimi aparmasına dair şikayət məktubu daxil olub


Bolgexeber.com-un məlumatına görə, məktubun müəllifi həmin qəsəbədə yaşayan Ermənmistan qaçqını Pürzə Bayramovadır. Məktubu olduğu kimi təqdim edirik ki, bəlkə aidiyyəti şəxs və qurumlar oxuyub bir ölçü götürələr: “Nəzərinizə çatdırıram ki, mən Bayramova Pürzə Bayram qızı 1988-ci ildən Ermənistan qaçqını kimi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi ev 2, mənzil 14 ünvanında yaşayıram. 86 yaşım var, həyat yoldaşım İkinci Dünya müharibəsi əlili olub,1990-cı ildə vəfat edib.

17 aprel 2014-cü il tarixdə özlərini “Azərsu” ASC-nin Suraxanı rayon şöbəsinin işçiləri kimi təqdim edən 4 nəfər yaşadığım evin həyətinə soxularaq suyu kəsəcəklərini dedilər və heç bir izahat vermədən su borusunu kəsdilər. Bunun hansı səbəbə edildiyini soruşanda isə məni və ailə üzvlərimi təhqir etdilər, borcumuzun olduğunu bildirdilər. Biz isə “bildirişi təqdim edin” dedik və bu zaman şəkildə gördüyünüz və əlləri cibində olan ağ köynək geyinmiş şəxs elə əlləri cibində də üstümüzə gələrək “bildiriş mənəm” dedi, o birilər isə bir ağzıdan onun dediyini təkrar edərək ucadan qışqırmağa, bizi təhqir etməyə, hədə-qorxu gəlməyə başladılar. Adi davranış qaydalarından məhrum olan, məsuliyyət hissini itirən belə adamları işə götürənlər düşünsələr, yaxşı olardı.



Uzun müddətdir ki, mənzilimizə su sayğacı qoyulması ilə bağlı müraciətimizi qulaqrdına vuran Suraxanı şöbəsi adambaşına su sərfi kriteriyasına uyğun olaraq, hətta mənzildən qeydiyyatdan çıxanları, bu ünvanda yaşayanlardan rəhmətə gedəni belə nəzərə almadan bizdən su pulu alır. Özlərini sözün əsl mənasında qoçu kimi aparan bu şəxslər əhalidən pulu evdə götürür, hətta bunu israrla tələb edirlər. Və beləliklə, əhalinin borcları tükənmir ki, tükənmir...

Hörmətli redaksiya, bu məsələni işıqlandırmağı, mənim kimi “Azərsu” ASC-nin qoçularının təhqir və təhdidi ilə üzləşən yüzlərlə ailənin problemlərinə diqqət ayırmağınızı xahiş edirəm”.

Azadlıq