Araz Kəsəmənlinin məhkəməsi təxirə salındı
25-04-2014, 09:30
Oxunub: 3 582
Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məhkəmə prosesi təxirə salınıb.
Bu barədə Lent.az-a A.Kəsəmənlinin vəkili Aytən Əliyeva bildirib. Vəkil bildirib ki, A.Kəsəmənlinin bu gün saat 12:30-da Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan iclas baş tutmayıb.
Məhkəmə iclasının tarixi qeyri-müəyyən vaxta qədər uzadılıb: “Araz Kəsəmənlinin məhkəməsi bu gün keçirilməli idi. Lakin bu baş tutmadı. Səbəbini isə bilmirəm. Məhkəmənin növbəti tarixi isə bəlli deyil. Vaxt məlum olduqdan sonra, bu barədə məlumat veriləcək”.
Qeyd edək ki, A.Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə ittiham olunur. O, bir müddət əvvəl həbs edilib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər