BolgeXeber.Com » Sosial » İki məktəb direktoru qovuldu- Yenilənib

İki məktəb direktoru qovuldu- Yenilənib

1-05-2014, 10:10
Oxunub: 4 397 Digər rayonlarda bu problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanacaq
Təhsil Nazirliyinə daxil olan şikayət və müraciətlər araşdırıldıqdan sonra bir neçə məktəb direktoru vəzifəsindən azad edilib.

Bolgexeber.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyində keçirilən mətbuat konfransında QHT-lə və KİV-lə iş üzrə sektor müdiri Cəsarət Valehov deyib. O bildirib ki, müəllimlərin dərs planının düzgün tərtib olunmamasına görə, Siyəzən rayon təhsil şöbəsinin müdirinə, böyük məsləhətçisinə və metodistinə töhmət verilib. Bundan başqa Tərtər rayon Evoğlu kənd məktəbinin direktoru tutduğu vəzifədən azad olunub. Buna səbəb məktəbdə 9-11ci sinif şagirdlərinin davamiyyəti aşağı olsa da bu barədə jurnallarda qeydiyat aparılmamasıdır. Həmçinin Laçının Ağgöl kənd məktəbinin direktoru da müəllimlərin dərs planının düzgün tərtib olunmamasında və sinif jurnallarında səhvlərə yol verdiyinə, işə səhlənkar yanaşdığına görə işdən azad olunub.

C. Valehov qeyd edib ki, rayonlarda şagirdləri məktəbə davamiyyətində şikayətlərlə bağlı araşdırma aparılır, işçi qrupu yaradılır. Digər rayonlarda bu problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanacaq.

***

Təhsil müəssiələrində şagirdlərin sinifdən sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar təsdiq olunub. Cəsarət Valehovun sözlərinə görə, nazir bu gün bu haqda əmr imzalayıb.

Əgər dörd və daha artıq fəndən illik qeyri-kafi qiymət alan habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən 5,8,10- cu sinif şagirdləri təkrar sinifdə saxlanılır. İndiyə qədər bu qayda olmayıb. 1 və 3 fənndən illik kafi qiymət alan 5, 8, 10-cu sinif şagirdlərinə həmin fənlərdən yay tapşırıqları verilir. Həmin yeniyetmə yay müddətində hazırlaşaraq avqustun 25- dən sentyabrın 10-dək təkrar imtahan verə bilər.Təkcə imtahan verdiyinə görə sinifdə saxlanılmayıb, növbəti tədris pilləsinə qəbul oluna bilər. İbtidai sinif şagirdlərinin təkrar sinifdə saxlanılması yeganə əsas uzunmüddətli xəstəlik və yaxud məktəbdən yayınma halı hesab edilir. Əgər şagird ikinci yarımildə bu və digər fəndən qeyri-kafi qiymət almışsa, ona həmin fəndən müsbət illik qiymət çıxarıla bilməz. Əgər gənc yay tədris tapşırığının yenidən qeyri kafi qiymət alırsa, o zaman həmin gənc təkrar sinifdə saxlanılır. Özlərindən asılı olmayan səbəblərdən xarici dil, informatika, fiziki tərbiyə, musiqi nəğmə, rəsmixətt şagirdlərin biliyinin qiymətləndirilməməsi onların yuxarı sinfə keçməsinə təsir etmir”.

C. Valehov qeyd edib ki , Təhsil Nazirliyi ötən ilin yayından başlayaraq müasir Azərbayvcan peşəkarları layihəsi çərçivəsində həm kurrikumların yenilənməsi, maddi texniki baza ilə əlaqədar olaraq yeniliklər aparılıb: “Son 25 ildə ilk dəfə olaraq peşə ixtisas məktəbləri üçün 37 ədəd yeni maşın və avadanlıq alınıb. Bu xüsusi olaraq kənd təsərrüfatı avadanlıqlardır. Digər bir yenilik isə yeni tədris ilindən başlayaraq məktəblərdə “Qarabağın tarixi” adlı fakultətiv dərslər keçiriləcək. Bunun üçün vəsait ayrılıb, materiallar hazırlanır”.