BolgeXeber.Com » Sosial » “Papanin” sakinlərinin üfunət dolu həyatı-VİDEO

“Papanin” sakinlərinin üfunət dolu həyatı-VİDEO

8-07-2014, 00:50
Oxunub: 3 814 4-cü gün gələciyik... Ancaq deməyiblər ki, hansı dördüncü gün...

“Papanın”də su xirtdəyə çıxıb desək heç də yanılmarıq. Belə ki, “Papanın” kimi tanınan 3-cu Alatava adlanan ərazidə kanalizasiya sularının sıradan çıxması nəticəsində yolun ortasında sözün əsl mənasında göl yaranıb. Sakinlər bildirir ki, dəfələrlə aidiyyatı orqanlara şikayət ərizəsi göndərsək də faydası olmayıb. Bolgexeber.TV bildirir ki, əsasən “Azərsu” Açıq Səhimdar Cəmiyyətinə müraciət edən sakinlərə bildiriblər ki,4-cü gün gələciyik...Ancaq deməyiblər ki, hansı dördüncü gün... Nə çox 4-cu günlər...!

Təmiz hava üzünə həsrət qalan sakinlərin sözlərinə görə bu cür yaşayış onlar üçün çox ağırdır.. Nəzərə alsaq ki, havalar isti keçir bu gölməçə isə kanalızasiya sularlndan yaranıb, o zaman bu üfünət qoxusundan sakinlərin nələr çəkdiyini anlamaq elə də çətin olmaz. Belə olan vəziyyətdə həmin ərazidə müxtəlif həşəratlar yaranır.Təbii ki,üfunətli hava, parazit dolu həşəratlar insanlarda müxtəlif cür xəstəliklərə yol açır...!

Hər halda bizim işimiz çəkib, göstərməkdir.Qalan işlər isə aidiyyatı qurumların üzərinə düşür.Ümid edirik ki, bu sujeti izləyəndən sonra aidiyyatı qurumlar sakinlərin düşdüyü bu bəlaya bir əlac taparlar .

Aytən Yaşar
Ayyət Şükürlü

Bolgexeber.TV