BolgeXeber.Com » Sosial » Pula qənaət etmənin yolları

Pula qənaət etmənin yolları

1-11-2014, 10:30
Oxunub: 2 839 “Business İnsider” saytı aylıq maaşla çalışanlar üçün pula qənaət etmənin 9 yolunu açıqlayıb

Tərsinə hərəkət edin. Öncə qəbzləri ödəyib, sonra qalan pulu bir kənara qoymaq əvəziinə ilk əvvəl kənara qoyacağınız pulları ayırın, sonra xərcliyinizi planlayın.

2-5 illik plan qurun. Qarşıdakı 5 il üçün maliyyə olaraq nəyi etmək istədiyinizi, (6 aylıq maaşı yığmaq, ev üçün nəğd pul toplamaq) kimi planlar qurun.

Özünüzə qadağalar tətbiq edin. Çox mühüm əhəmiyyət kəsb etməyən şeylərı almayın. Alış-veriş edərkən nəfsinizə hakim olun.

Gizli varlı biri kimi yaşayın. Çox milyonerlər cah-cəllalsız, sadə həyat yaşayırlar. Hətta onları gündəlik görənlər valı olduqlarını heç düşünməzlər.

Təqaüdünüzü planlaşdırın. Karyerasının başında olanlar üçün təqaüdü planlaşdırmaq uzaq bir xəyal kimi görünsə də, bunda fayda vardır. İqtisadçılar “ev xərcləri üçün pul yığaraq qalan pullarınızı dəvət və tətillərə xərcləsəniz, necə təqaüdə çıxacaqsız?”, - deyə soruşurlar.

Büdcə hazırlayın. Əlinizə keçən pulla etdiyiniz xərclərin siyahısını tutmaq məqsədlərinizə çatmaq üçün nə qədər pul xərcləməli olduğunuzu anlamanıza kömək edəcək.

Borcdan xilas olun. Əgər kredit, ya digər iri borclarınız varsa, ilk işiniz bunlardan qurtulmaq olmalıdır.

Gəlirinizi artırın. Ya daha çox yığmalı, ya da daha az xərcləməlisiz. Əgər az maaşınız olduğunudan kənara pul ata bilmirsizsə, ikinci iş tapmağı düşünün.

Mütəxəssisdən soruşun. Maliyyə baxşları geniş olan birindən sizə pul yığmanızla bağlı məsləhətlər verməsini istəyin.