BolgeXeber.Com » Sosial » "Bizə elə gəlir ki, Sumqayıtda yox, kənd, rayon yerində yaşayırıq” - VİDEO

"Bizə elə gəlir ki, Sumqayıtda yox, kənd, rayon yerində yaşayırıq” - VİDEO

6-11-2014, 16:00
Oxunub: 3 828 Söz verdilər ki, düzəldəcəklər, hələ də gözləyirik

Sumqayıt şəhəri 5-ci mikrorayonun 37, 38 və 39 saylı binalarının bir qrup sakini məhəlli problemləri, məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı şəhər İcra Hakimiyyətinə şikayət edirlər. Xeberle.com-un əməkdaşının çəkdiyi videomaterialda onlar yollarının bərbad vəziyyətdə, asfaltsız olmasından, uşaqlarının oynamaq üçün yerlərinin, meydançalarının olmamasından və digər kommunal problemlərdən gileylənirlər. "Payız, yaz, qış aylarında məktəb, bağça yollarımız palçığın içindədir. Yayda isə problem bir başqadır, həyətlərimizdə ağcaqanad əlindən tərpənmək olmur. Binalarımızın zirzəmisi su ilə doludur, kanalizasiya suyu birbaş bura axır, bu da əsl antisanitariya, üfunət qoxusu, xəstəliklər deməkdir. İki dəfə özümüz yığışıb puluyla zirzəminin suyunu qurutmuşuq, amma görünür ki, problem kökündən həll olunmalıdır.
Sağ olsunlar, əks tərəfdə olan binanı təmir edirlər, biz də buna sevinirik. Amma istəyirik ki, bizim də binalar təmir edilsin. Nə vaxtadək gözləməliyik?! Gəlib kanalizasiya sisteminə, tüstü bacalarının durumuna nəzarət etsinlər. Artıq qışın günüdür, bir azdan çox problemlər yaranacaq yenə. Hər il bir-iki dəfə şəhər rəhbərliyinə müraciət edirik, yorulmuşuq şikayət etməkdən də, amma hələ də bir şey yoxdur ortada. Sonuncu dəfə 2 ay öncə şikayət məktubu yazmışıq. Binamızın arxasında bir yol vardı, ora asfalt-çınqı tökdülər, normal abıra gətirdilər. Amma artıq yol yatıb, yerə yapıxıb, yenə palçıq... Düzəlməsinə ehtiyac var. Söz verdilər ki, düzəldəcəklər, hələ də gözləyirik. Bizə elə gəlir ki, Sumqayıt şəhərində yox, kənd, rayon yerində yaşayırıq: rayonlardakı həyətlər bundan yaxşıdır”, - deyə sakinlər narazılıq edirlər.

Onlar söyləyir, çox gözəl haldır ki, şəhərimizin bir çox mikrorayon və məhəllələrində nümunəvi məhəllələr açılıb istifadəyə verilib. Bizim həyətimiz isə nümunəvi məhəllə bir yana, normal halda da deyil, əslində, heç gəlib buralara çıxmayıblar. Dəfələrlə MİS-ə də şikayət etmişik, amma hansısa bir nəticə yoxdur.
Həyətdə bir xeyir şər evi tikilməyib. Ətrafda bağça və məktəb var, amma xüsusən yağışlı günlərdə yolunu gemək mümkün deyil. 5-ci mikrorayon sanki tamamən unudulib, hər il deyirlər asfalt olacaq, amma payız qış gəlir, fəsillər dəyişir, yenə hər şey əvvəlki tək qalır.
Sonda "Xahiş edirik, ilk növbədə məhəlləarası yol və zirzəmi problemimiz həll edilsin”, - deyə 5-ci mikrorayon sakinləri az qala birağızdan şikayətləndilər.