Azərbaycanda dilənçiləri rayonlarda işlə təmin etmək təklif olunur
7-03-2015, 16:01
Oxunub: 3 720
Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov dilənçilərlə bağlı təklif irəli sürüb
R.Cəbrayılov "report"a açıqlamasında deyib ki, dilənçilərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi real görünmür: "Dilənçilik-avaraçılıqla bağlı inzibati məsuliyyət mövcuddur. Dilənçiliyə cəlbetmə ilə bağlı cinayət məsuliyyəti var. Bundan artıq sərt tədbir görməyi düşünmürəm. Bu insanları inzibati qaydada cərimələsən də, rayona göndərsən də, yenə də gəlirlər. Bunun üçün başqa çıxış yolları tapmaq lazımdır. Qanunvericiliyi sərtləşdirməklə nəyəsə nail olmaq olmaz. İnzibati metodları işə salmağı təklif edirəm. Yəni onları məskunlaşdıqları rayona göndərmək və orada işlə təmin etmək lazımdır".
Millət vəkili vurğulayıb ki, bu hal "Bakı 2015" I Avropa Oyunları zamanı Azərbaycana başucalığı gətirməyəcək: "Qonaqların Azərbaycana gəlişi ilə dilənçilər üçün "iş mövsümü" başlayır. Variantlardan biri bunların "qaraçı" kimi təqdim olunmasıdır. Yəni qaraçılar dünyanın hər yerində var. Bir neçə il öncə Fransadan 20 mindən artıq qaraçı deportasiya edildi. Bu yöndə təbliğat işləri aparılmalıdır".
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər