Əhali banklara olan kredit borclarını qaytarmır
9-03-2015, 18:41
Oxunub: 3 488
Cari il fevralın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun 5,5%-nin və ya 1,031 mlrd. manatının ödəniş vaxtı keçib
Bu da ilin əvvəli ilə müqayisədə problemli kreditlərin məcmu kreditlərdə xüsusi çəkisinin 0,2 faiz bəndi artması deməkdir. Problemli kreditlərin həcmində isə ilin əvvəlindən 5,6% artım qeydə alınıb.
Virtualaz.org Mərkəzi Banka istinadən bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə problemli kreditlərin həcmində 26,5% artım müşahidə olunub.
Hesabata əsasən, maliyyə-kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə verilən kreditlər illik müqayisədə 20,0% artaraq 2015-ci il fevralın 1-nə 18,6 mlrd. manata çatıb. Bu müddətdə istehlak kreditləşməsi də 22,5% artaraq 7,7 mlrd. manat təşkil edib.
Məlumata görə, məcmu kreditlərin 10,8%-i və ya 2 mlrd. manatı sənaye və istehsal sektoru, 13,7%-i və ya 2,6 mlrd. manatı inşaat və əmlak sektoru, 14,3%-i və ya 2,7 mlrd. manatı ticarət və xidmət sektoru, 4,5%-i və ya 843 mln. manatı kənd təsərrüfatı və emal sektoruna yönəldilib.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər