"Azərsun" qiymətləri artıracaq -XƏBƏRDARLIQ
11-03-2015, 18:30
Oxunub: 3 617
Azərsun qiymətləri xırda-xırda artıracaq
"Azersun Holdinq devalvasiyadan sonra qiymətləri artırmayıb. Lakin gələcəkdə qiymətlərin artırılması qaçılmazdır”
Bunu jurnalistlərə "Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.
O belə davam edib: "Azersunun istehsal etdiyi məhsulların xammalının orta hesabla 50%-i xaricdən idxal olunur. Digər 50% isə daxili imkanlar hesabına təmin olunur. 34% olan devalvasiyanın yarısı qədər, yəni təxminən 17-20% bizə təsir göstərir. Hazırda əlimizdə xammal ehtiyatlarımız var. Onları "əridəndən” sonra yavaş-yavaş qiymətləri artırmağa başlayacağıq. Bu təbii prosesdir”.
Holdinqin Müşahidə Şurasının sədri bildirib ki, qiymətlərin dövlət tərəfindən artırılmasına imkan verilməməsi uzun çəkə bilməz:
"Mətbuat da yaxşı məlumatlanmalıdır ki, çomaq zoru ilə malları ucuzlaşdırmaq olmaz. Bu çox getməyəcək. Bunu ruslar etdilər. Olmaz! Bu, sərbəst iqtisadiyyatdır. Ən doğrusu, əhalinin və iş adamlarının işləməsi üçün əlavə şərait yaradılmalıdır. Əhali işlədikcə pulu çoxalacaqdır və həmin pul bütün ölkəyə yayılacaqdır”(marja).
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə