Qar qayıdır
17-02-2012, 14:00
Oxunub: 6 054
Bakıda və Abşeron yarımadasında fevralın 18-də səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, günün ikinci yarısından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında fevralın 18-də hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalı: Fevralın 18-i axşamdan 21-dək hava şəraitinin Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı olacağı, yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Fevralın 19-20-də şimal küləyi 18-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcəyi gözlənilir. Fevralın 19-dan 20-ə keçən gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.
Çox Oxunanlar
- 22-03-2025, 16:20 : Tanınmış türkiyəli aktrisa vəfat etdi
Şou-Biznes / Xəbərlər
- 19-03-2025, 18:02 : Prezident təsdiqlədi: 21 yaşına çatmış vətəndaşlar...
Siyasət
- 29-03-2025, 17:52 : Tarixdə ikinci dəfə yaşandı
İdman / Xəbərlər
- 20-03-2025, 16:54 : Türkiyəli deputatlar dava saldı
Dünya / Xəbərlər
- 12-03-2025, 17:24 : Bərdə rayon İcra Hakimiyyəti başçısının İkinci Hacallı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 19-03-2025, 17:07 : AFFA "Neftçi"nin şikayətini təmin etməyib
İdman
- 12-03-2025, 17:55 : ÇL: Bu oyunları hansı kanallar yayımlayacaq?
İdman / Xəbərlər
- 19-03-2025, 17:41 : AFFA "Neftçi"nin şikayətini təmin etməyib
İdman
- 12-03-2025, 10:23 : Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq
Analitika / Xəbərlər
- 22-03-2025, 13:37 : Məşhur boksçu vəfat etdi
İdman / Xəbərlər