Bakıda məhkuma heroin ötürülməsinin qayrşısı alınıb
20-02-2012, 13:40
Oxunub: 6 194
Cəzaçəkmə müəssisəsində məhkuma şirniyyat qutusunda heroin keçirilməsinin qarşısı alınıb
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinin görüş otağında məhkum Dadaşov Elçin Rafiq oğlunun üzərinə və ona gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı "Antonelli & Croissants" etiketli şirniyyat qutusunun içindən sellofana bükülmüş 14 ədəd xırda daşa bənzər kristallaşmış, ümumi çəkisi 12,042 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
31 yaşlı Dadaşov Cinayət Məcəlləsinin 317.2.1; 67-ci maddələri ilə təqsirli bilinərək 5 il 10 ay müddətinə azadlıqdan məhrum edildiyi üçün həmin müəssisədə cəza çəkir.
Fakt üzrə araşdırma aparılır.
Çox Oxunanlar
- 22-03-2025, 16:20 : Tanınmış türkiyəli aktrisa vəfat etdi
Şou-Biznes / Xəbərlər
- 19-03-2025, 18:02 : Prezident təsdiqlədi: 21 yaşına çatmış vətəndaşlar...
Siyasət
- 29-03-2025, 17:52 : Tarixdə ikinci dəfə yaşandı
İdman / Xəbərlər
- 20-03-2025, 16:54 : Türkiyəli deputatlar dava saldı
Dünya / Xəbərlər
- 12-03-2025, 17:24 : Bərdə rayon İcra Hakimiyyəti başçısının İkinci Hacallı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 19-03-2025, 17:07 : AFFA "Neftçi"nin şikayətini təmin etməyib
İdman
- 12-03-2025, 17:55 : ÇL: Bu oyunları hansı kanallar yayımlayacaq?
İdman / Xəbərlər
- 19-03-2025, 17:41 : AFFA "Neftçi"nin şikayətini təmin etməyib
İdman
- 12-03-2025, 10:23 : Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq
Analitika / Xəbərlər
- 22-03-2025, 13:37 : Məşhur boksçu vəfat etdi
İdman / Xəbərlər