Əlillik dərəcəsi almaq asanlaşdı
10-12-2015, 17:45
Oxunub: 3 740
Bundan sonra Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən əlilliyin təyinatı məqsədilə aparılan müayinələrin nəticələrini öyrənmək üçün hansısa təşkilata müraciət etmək lazım olmayacaq
Bütün məlumatları internetdən öyrənmək mümkünləşib. Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
E.Babayev bildirib ki, əlillik müayinəsi barədə məlumatın verilməsi üzrə yeni e-xidməti istifadəyə verilib. TSEK-lər tərəfindən əlilliyinin və ya sağlamlıq imkanları məhdudluğunun müayinəsi aparılmış şəxslər bu e-xidmətdən istifadə etməklə, aparılmış müayinənin nəticəsinə dair elektron qaydada məlumat ala bilirlər.
Məlumata görə, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidməti daha bir e-arayış növünün formalaşmasına səbəb olub. Belə ki, istifadəçi TSEK-də onun əlilliyinin müəyyən olunması üçün aparılmış müayinənin nəticəsi barədə çıxarışı pdf formasında əldə edərək, onu əlilliyini təsdiq edən elektron arayış formasında tələb olunan təşkilata təqdim edə, yaxud elektron qaydada göndərə bilər. Beləliklə, həmin şəxslərin qeyd olunan arayışı almaq üçün artıq hansısa quruma müraciət etməsinə ehtiyac qalmır. Arayışın təqdim edildiyi təşkilatların isə bu sənəddəki müvafiq autenfikasiya kodu vasitəsilə “E-Hökumət” portalı üzərindən arayışın dürüstlüyünü yoxlamaq imkanları var.
Hazırda TSEK-lər tərəfindən əlilliyin və ya sağlamlıq imkanları məhdudluğun müayinəsi ilə bağlı aparılmış bütün müayinələrin nəticələri nazirliyin müvafiq elektron informasiya sisteminə daxil edilir. Mövcud informasiya bazası aparılmış müayinələrin nəticələrinə dair məlumatların aidiyyatı qurumlar arasında elektron şəkildə mübadiləsinə imkan verməklə yanaşı “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətinin formalaşdırılmasına da şərait yaradıb.
Hazırda prezident İlham Əliyevin 14 sentyabr, 2015-ci il tarixli fərmanına əsasən, tibbi-sosial ekspertiza sisteminin yeni elektron texnologiyalar əsasında avtomatlaşdırılması məqsədilə nazirlikdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin yaradılması işləri yekunlaşmaq üzrədir. Sistemin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər