Noyabırın 11-dən etibarən hava soyuyacaq
10-11-2010, 18:45
Oxunub: 6 843
Gecə və səhər duman, çiskin müşahidə ediləcək
Bakıda və Abşeron yarımadasında havanın temperaturu həftəsonuna kimi bir neçə dərəcə düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosundan Qaynar.info-ya verilən məlumata görə, sabah paytaxtda və yarımadada dəyişkən buludlu, yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 17-20° isti təşkil edəcək.
Noyabrın 12-də havanın tutulub açılacağı, gecə və səhər duman olacağı, yarımadanın bəzi yerlərində
çiskinli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 16-18° isti olacaq.
Noyabrın 13-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 17-19° isti olacaq.
Azərbaycanın rayonlarında noyabrın 11-də gün əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22°, dağlarda gecə 4-8° isti, gündüz 15-19° olacaq.
Noyabrın 12-13-də də gecə və səhər bəzi yerlərdə duman, çiskin proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 14-17° isti olacaq.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman