Bakı-Masallı avtobusunda görünməmiş hadisə
14-11-2010, 02:00
Oxunub: 6 502
Sürücü yarıyolda sərnişinlərdən əlavə 2 manat tələb edib
Bu gün saat 11:30 radələrində Bakıdan Masallı rayonunda yola düşən sərnişin avtobusunun sürücüsü Lökbatan yolunda maşını saxlayaraq sərnişinlərdən bilet üçün əlavə 2 manat tələb edib. Bu barədə “Bolgexeber”-ə şikayətində sərnişinlərdən biri Həqiqət Sadıqova məlumat verib. Şikayətçinin sözlərinə görə, sərnişinlər 5 manata bilet aldıqları halda, əlavə 2 manat ödəməli olublar.
“Avtobusun sürücüsü və kanduktoru bizi məcbur etdi ki, əlavə 2 manat pul verək. Avtobusda pulu olmayan insanlar da vardı, onları avtobusdan düşürtdülər. Onlardan biri yaşlıq qadın, digər iki nəfər isə kişi idi. Biz də məcbur olub əlavə pul verdik”, - deyə Həqiqət Sadıqova qeyd etdi.
Məsələ ilə bağlı Avtovağzalda fəaliyyət göstərən “M.Trans” şirkətinin iqtisadiyyat və ictimaiyyət şöbəsinin müdiri Mətləb Abidi “Bolgexeber”-ə açıqlamasında hadisənin araşdırılacağını bildirdi.
“Bizim xəttə buraxdığımız avtobuslarda belə hadisə baş verə bilməz. Biz məsələni yenə də dəqiqliyi ilə araşdırarıq. Bu ola bilsin ki, özbaşına xəttə çıxan avtobusda baş versin. Məsələ araşdırılacaq və günahkar mütləq cəzalanacaq”, - deyə Mətləb Abidi vurğuladı
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman