Yeni tariflə işıqpulu necə hesablanır? - Rəsmi
17-12-2016, 14:04
Oxunub: 4 498
Azərişıq ASC istehlakçılara diferensial tarif sisteminin tətbiqi ilə bağlı hesablanma mexanizminin izahını təqdim edib
Azərişıq ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli iclasında elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılıb və diferensial tariflərin tətbiqi 2016-cı il dekabrın 1-dən qərarlaşdırılıb. Belə ki, əhali üzrə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki aylıq istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün tarif dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
ASC-dən bildirilib ki, istehlakçıların çoxsaylı müraciətləri nəzərə alınaraq, ölkədə yeni diferensial tarifə keçidlə bağlı ASC nümunə şəklində hesablanma mexanizmini elektrik enerjisi istehlakçılarının diqqətinə çatdırır. Diferensial tarifin hesablanma qaydasının izahı ilə http://www.azerishiq.az/index.php?lang=az&menu=press&cat=news&id=379 linkində tanış olmaq mümkündür.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər