Azərbaycanda pensiya yaşı artırılır
28-12-2016, 12:23
Oxunub: 3 115
Layihədə hərbçilərin pensiya yaşının artırılması məsələsi əks olunmayıb
Azərbaycanda peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi Milli Məclisə daxil olub.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, qanun layihəsinin bu ilin sonunda müzakirəyə çıxarılması nəzərdə tutulsa da, sənədin müzakirəsinin vaxtı dəyişdirilərək parlamentin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.
Daxil olan layihədə hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır.
Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması nəzərdə tutulur.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər