"Çörəkpulu" və digər imtiyazlar ləğv olunub? - "Qaçqınkom"dan AÇIQLAMA
14-01-2017, 15:53
Oxunub: 3 615
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər üçün aylıq "çörəkpulu"nun və digər imtiyazların ləğv olunmasına dair KİV-də yayılan xəbərlərə münasibət bildirib
Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirib ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən belə bir qərar verilməyib: "Bu barədə yazılanlar yalandır".
Qeyd edək ki, dünən KİV-də yayılan xəbərə görə, Əli Həsənovun qərarı ilə işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı “çörəkpulu”ndan- 18 manat 15 qəpik məbləğində vəsaitdən məhrum ediliblər.
Bundan başqa məcburi köçkünlərə kommunal xərclərə görə, dövlətin ayırdığı vəsait və nəzərdə tutulan imtiyazlar da ləğv edilib. İndiyədək həmin kommunal xərcləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aidiyyatı üzrə “Azəriqaz”a və “Azərişıq”a ödəyidi. Mənbənin verdiyi məlumata görə, bütün bunların əvəzində məcburi köçkünlərə cəmi 10 AZN əlavə yardım veriləcək.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər