BolgeXeber.Com » Sosial » Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

6-06-2023, 14:44
Oxunub: 1 152
Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır.

Bolgə.TV xəbər verir ki, mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib.

“Uşağınızın yüksək enerjisinin səbəb olduğu hərəkətliliyi ənhgəlləmək yerinə, bu enerjini idman və oyun kimi fəaliyyətlərlə çıxarmasına dəstək olmalısınız. Təbii ki, digər vacib məsələ qidalanmadır. Əgər enerjili övladınız varsa, onun qidalanmasına xüsusi diqqət yetirməlisiniz”,-deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, bir insanın aktivlik səviyyəsi nə qədər yüksəkdirsə, gündəlik qəbul etməli olduğu enerji miqdarı bir o qədər çox olmalıdır. Gün ərzində daim hərəkətdə olan uşaq böyümə və inkişafı təmin etmək üçün qida ilə kifayət qədər enerji almalıdır. Yediyi yeməkləri tərəvəz yeməklərinə qiymə, küftələrə yumurta əlavə etmək kimi üsullarla zənginləşdirərək, yemək sırasına diqqət edərək enerji ehtiyacını qarşılaya bilərsiniz.

Diyetoloq qeyd edib ki, daim yolda olan uşaqlar daha çox ac olur. Bu səbəbdən də şəkər və ya yağ dəyəri yüksək olan qablaşdırılmış, qeyri-sağlam qidalarla aclıqlarını yatırmağa çalışırlar. Bu qidaların istehlakının qarşısını almaq üçün süd, qatıq, kefir, ayran kimi süd məhsullarına, təzə quru meyvələrinə və ya badam, fındıq kimi qoz-fındıq əlavələrinə üstünlük vermək lazımdır.

Mütəxəssis onu da əlavə edib ki, tərkibində konservantlar və əlavələr olan qidalar hiperaktiv davranışı artıra bilər. Çipsi, kraker, turşulu içkilər, hazır meyvə şirələri, ağ şəkər əlavə edilmiş süd və süd məhsulları, şirniyyatlar və rəngləndiricilər olan qidalar, kolbasa, sosiska kimi işlənmiş ət məhsulları, hazır şorbalar, və hazır souslar istehlak edilməməlidir.

“Adrenalinin həddindən artıq ifrazı maqnezium çatışmazlığına səbəb ola bilər. Xüsusilə bir yerdən tullanmaq və ya təhlükəli hərəkətlər etmək kimi vəziyyətlərdə uşaqlar adrenalin ifraz edirlər. Adrenalinin həddindən artıq ifrazı maqneziumun sürətlə istehlakına səbəb olur və bu zaman maqnezium çatışmazlığı müşahidə oluna bilər. Qoz-fındıq, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və bütün taxıllar kimi maqnezium mənbələrini istehlak etməyə diqqət yetirilməlidir”,-deyə diyetoloq qeyd edib.