BolgeXeber.Com » Sosial » Azərbaycanda Whatsapp hesabları bağlanır

Azərbaycanda Whatsapp hesabları bağlanır

18-08-2023, 14:50
Oxunub: 2 048
Azərbaycanda Whatsapp hesabları bağlanıb.

Bolgə.TV xəbər verir ki, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanda kütləvi şəkildə Whatsapp hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İkimərhələli təsdiqləmə işləmir. Hazırda problemin təkcə Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. Whatsapp ilə əlaqədəyik, lakin normal açıqlama vermirlər. Nə isə baş verir. Təcili məsələ araşdırılmalıdır” - deyə F.Pərdəşünas qeyd edib.