BolgeXeber.Com » Sosial » 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü

7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü

7-09-2023, 09:25
Oxunub: 4 336
Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bolgə.TV Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.

12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.