Bakı-Ələt magistralında AĞIR QƏZA: YARALANAN VAR
19-03-2025, 16:59
Oxunub: 928
Azərbaycanda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bolgə.TV xəbər verir ki, bədbəxt hadisə paytaxtın girişində, Bakı-Ələt magistralında qeydə alınıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videoda qara rəngli "Mercedes" markalı maşının ön hissəsinin tamamilə istifadəyə yararsız hala düşdüyü kadrlar əks olunub.
Qəza nəticəsində xəsarət alan olub.