Bayram namazının vaxtı açıqlandı
24-03-2025, 13:14
Oxunub: 776
Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8:00-da, əksərlərində isə 9:00-da başlayacaq.
Bolgə.tv xəbər verir ki, bunu
APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, - QMİ sədrinin müavini qeyd edib