Metropoliten təkzib etdi: ABU-nun binası sökülmür
7-04-2025, 14:54
Oxunub: 512
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) binasının söküləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Metropolitenin hasara alınmış ərazisinin daxilində söküləsi hər hansısa bir obyekt yoxdur. ABU-nun binaları bizim ərazimizdən kənardadır. Metropoliten öz hasarından kənarda heç bir köçürmə və ya söküntü planlaşdırılmır. Bizə aidiyyəti olmayan ərazidə söküntü aparmaq səlahiyyətimiz yoxdur”, - o vurğulayıb.
Bəxtiyar Məmmədov əlavə edib ki, ABU-nun ərazisinə yaxın yerləşən metropolitenə məxsus yeddimərtəbəli bina çoxdan tikilib və burada tamamlanma işləri aparılacaq.