"Xəzər Lənkəran" - "Neftçi" oyunundan görüntülər
10-02-2014, 06:50
Oxunub: 4 708
"Böyük Oyun"dan görüntüləri təqdim edirik
Premyer Liqada 20-ci tura yekun vurulub. Son oyun günündə daha iki qarşılaşma baş tutub. Günün ilk matçı Zaqatalada keçirilib. Burada yerli "Simurq" klubu paytaxtın "Bakı" komandasını qəbul edib. Qonaqlar Rauf Əliyevin yeganə qolu ilə qalib gəliblər - 1:0. Turun ən böyük maraq doğuran görüşü Lənkəranda keçirilib. Üçüncü dövrəyə qələbə ilə başlayan "Xəzər Lənkəran" klubu doğma azarkeşləri önündə "Neftçi"ni qəbul edib. Görüşün 87-ci dəqiqəsinə qədər 0:2 hesabı ilə geridə olan cənub təmsilçisi son 6 dəqiqədə 2 qol vuraraq məğlubiyyətdən qaça bilib. Oyun gözlənildiyi kimi gərginliyi ilə yadda qalıb. Belə ki, "Neftçi"nin 3 "Xəzər Lənkəran"ın isə 1 futbolçusu qırmızı vərəqə ilə meydandan qovulub.
9 fevral (bazar)
16:00.“Xəzər Lənkəran” – “Neftçi” - 2:2
Qollar: Tyeqo, 9-avtoqol (0:1), Araz Abdullayev, 52 (0:2), Nildo, 82 (1:2), Skarlatake, 90+3 (2:2)
Qırmızı vərəqələr: Tərlan Quliyev, 90 ("Neftçi"), Bruno Bertuççi, 92 ("Neftçi"), Ağabala Ramazanov 90, ("Xəzər Lənkəran"), Karlos Kardozo, 92 ("Neftçi")
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
“Xəzər Lənkəran” mərkəzi stadionu
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər