BolgeXeber.Com » İdman » “Mançester Yunayted” “Şəhərlilər”lə bacarmadı (VİDEO)

“Mançester Yunayted” “Şəhərlilər”lə bacarmadı (VİDEO)

26-03-2014, 06:30
Oxunub: 4 601 İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış bir neçə oyun keçirilib.

Martın 25-də keçirilən oyunda “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib.

Əzəli rəqiblərin qarşılaşmasında qonaqlar qələbə əldə ediblər. Oyunun əsas qəhrəmanı 1 və 56-cı dəqiqələrdə vurduğu iki qolla Ceko olub. Daha sonra Yaya Ture top fərqini 3-ə çatdırıb. Beləliklə oyun 0:3 hesabı ilə başa çatıb.

"Arsenal" isə öz meydanında "Suonsi" ilə qarşılaşmada azarkeşlərini təəssüfləndirib. Komandalar heç-heçə ediblər. Səfərdə "Nyukasl"ın qonağı olan "Everton" isə 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İngiltərə Premyer Liqada önümüzdəki həftə "Mançester Siti" səfərdə "Arsenal"la qarşılaşacaq. "Mançester Yunayted" isə "Aston Villa"nı qonaq edəcək.

25 mart

"Mançester Yunayted" - "Mançester Siti" - 0:3
Qollar: Dzeko, 1 (0:1), 56 (0:2), Ture, 90 (0:3)

"Arsenal" - "Suonsi" - 2:2
Qollar: Boni, 11 (0:1), Podolski, 73 (1:1), Jiru, 74 (2:1), Flamini, 90-avtoqol (2:2)

"Nyukasl" - "Everton" - 0:3
Qollar: Barkli, 22 (0:1), Lukaku, 53 (0:2), Osman, 88 (0:3)