Viltali Kliçko karyerasını başa vurur
28-10-2011, 14:05
Oxunub: 5 565
WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə dünya çempionu, ukraynalı boksçu Vitali Kliçko tezliklə idmançı karyerasını başa vurmaq istədiyini açıqlayıb.
Bolgexeber.com-un məlumatına görə, məşhur boksçu bunu “TVi” telekanalındakı çıxışında bildirib. Kliçko deyib: “Mən artıq idmançı karyeramı başa vururam. Bir, maksimum iki döyüş keçirəcəyəm”. Bununla yanaşı, 40 yaşlı boksçu tərəfdarlarını məyus olmamağa çağırıb və xatırladıb ki, qardaşı Vladimir 5 yaş kiçikdir və qələbələri ilə hələ uzun müddət onları sevindirəcək”.
Qeyd edək ki, peşəkar rinqdə Vitali Kliçko 45 döyüşdən 43-ünü qələbə ilə başa vurub. Onlardan 40-da nokaut qeydə alınıb. Əvvəllər həvəskar boksçu kimi də çıxış etmiş böyük Kliçko 210 qarşılaşmasının 195-dən qalib ayrılıb. O, 2005-ci ildə bir neçə ciddi zədə aldığından, karyerasını başa vurduğunu açıqlayıb və aktiv siyasətlə məşğul olub. Lakin 2008-ci ildə həkimlər onun rinqə qayıtmasına icazə veriblər.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman