BolgeXeber.Com » İdman » Fransadan Honduras üzərində asan qələbə-Video

Fransadan Honduras üzərində asan qələbə-Video

16-06-2014, 09:10
Oxunub: 4 412 3 cavabsız qol

“E” qrupunda yer alan Fransa və Honduras milliləri ilk matçlarına çıxdılar. Frank Riberi və Samir Nəsri kimi ulduz futbolçularını Braziliyadakı mundiala gətirməyən Fransa, bununla belə turnirin favoritləri sırasında yer alırlar.
Texniki səbəblərdən ölkələrin himnləri səslənmədi. Komandala bir-birilərini sadəcə salamladılar və oyun başladı.
Oyun isə bütövlüklə fransızların nəzarəti altında keçdi, onlar topu daha çox özlərində saxlayırdılar, daha dəqiq oynayırdılar. Bunun məntiqi nəticəsi isə 3 cavabsız qol oldu.
Birinci hissənin sonunda cərimə meydançasında kobudluğa görə hakim Honduras yığmasının qapısına 11-metrlik zərbə təyin etdi və Uilson Palasiosa ikinci sarı vərəqi göstərərək oyundan kənarlaşdırdı. Kərim Benzema fürsəti əldən vermədi.
48-ci dəqiqədə Benzemanın zərbəsindən sonra Hondurasın qapısı Noel Valyadores adını tabloya yazdırdı. Avtoqol.
Benzema isə oyunda dubl etməyi bacardı. 72-ci dəqiqədə künc zərbəsindən sonra o qüvvətli zərbə ilə özünün ikinci komandasının isə üçüncü qolunu vurdu.

Fransa 3:0 Honduras.