BolgeXeber.Com » İdman » Xorvatiya Kamerunu darmadağın etdi (VİDEO)

Xorvatiya Kamerunu darmadağın etdi (VİDEO)

19-06-2014, 07:35
Oxunub: 4 433 Afrika təmsilçisi dalbadal ikinci oyunda da məğlubiyyətlə üzləşərək, mundiala vida edib

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti oyunu keçirilib.

"A" qrupunda II turun ikinci oyunu Kamerun və Xorvatiya milliləri arasında baş tutub. Dünya çempionatı tarixində ilk dəfə üz-üzə gələn tərəflərdən məğlub olan mundiala vida etməli idi.

Xorvatiya millisinin göstərdiyi əzmkar oyun qarşısında tab gətirə bilməyən kamerunlular 0:4 hesabı ilə məğlub olaraq mundialla vidalaşıblar.

A qrupu
Kamerun – Xorvatiya - 0:4
Qollar: Oliç, 11; Perişiç, 48; Mandjukiç, 61; 73
Qırmızı vərəqə: Song, 40
Hakim: Pedru Proensa (Portuqaliya)
Manaus. “Arena Amazoniya”
Kamerun: İtandje, Ekotto, Nkoulou, Song, Moukandjo, Abubakar, Choupo-Moting, Cnedjou, Mbia, Enon, Matip
Xorvatiya: Pletikosa, Pranjiç, Perişiç, Qorluka, Lovren, Rakitiç, Modriç, Srna, Mandjukiç, Oliç, Sammir
ans