Hiddinkdən Türkiyə millisinə qadağa
10-11-2011, 08:35
Oxunub: 5 541
Baş məşqçi futbolçulara təlim-məşq toplanışı zamanı lahmacun, işgənbə, kokoreç, çiy küftə və sair yerli yeməklər yeməsini yasaq edib
Noyabrın 11-də istanbulda Xorvatiya yığması ilə pley-off oyununa çıxacaq Türkiyə millisinin futbolçularına bəzi qadağalar tətbiq olunub. Baş məşqçi Qus Hiddink futbolçuların təlim-məşq toplanışı zamanı lahmacun, işgənbə, kokoreç, çiy küftə və sair yerli yeməklər yeməsinə yasaq qoyub.
Bundan başqa, futbolçuların kiminləsə görüşməsi, toplandıqları otelin foyesinə və koridoruna çıxmalarına da qadağa qoyulub. Bu səbəbdən də bayramla əlaqədar futbolçularla görüşmək istəyən qohumları, həm də jurnalistlər istəklərinə çata bilməyiblər.
Türkiyə millisi gələn il Polşa və Ukraynada keçiriləcək Avropa Çempionatının final mərhələsində iştirak etmək üçün Xorvatiyanı iki oyunun nəticəsinə görə məğlub etməlidi. İlk oyun noyabrın 11-də İstanbulda, növbəti qarşılaşma isə 1 həftə sonra Zaqrebdə keçiriləcək.
Çox Oxunanlar
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman