BolgeXeber.Com » İdman » "Qarabağ" "Dnepr"ə belə uduzdu-VİDEO

"Qarabağ" "Dnepr"ə belə uduzdu-VİDEO

7-11-2014, 10:25
Oxunub: 4 420 Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib

Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxıb.Ağdam klubu bu dəfə də Ukrayna "Dnepr"i ilə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibi ilə səfərdə keçirdiyi qarşılaşmada tarix yazaraq, qələbə qazanmışdı. İndi Qurban Qurbanovun komandası belə bir qələbəni ilk dəfə Bakıda, doğma azarkeşləri qarşısında da əldə etməliydi ki, turnir cədvəlindəki mövqeyini daha da yaxşılaşdırsın. Lakin çox təəssüflər olsun ki, təmsilçimiz bu vəzifənin öhdəsindən hələ bilmədi və doğma meydanda məğlubiyyətlə üzləşdi.

Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Sent-Etyen" "İnter"i qəbul edəcək.

Avropa Liqası
F qrupu
6 noyabr

Qarabağ - Dnepr 1:2 (1:1)
Qollar: N.Kaliniç, 15 (0:1). L.Corc, 36 (1:1). N.Kaliniç, 73 (1:2).
Sarı vərəqə: İ.Striniç, 31. R.Zozulya, 31. B.Hüseynov, 45+1. N.Kaliniç, 45+1. J.Kankava, 49. R.Rotan, 51.
Hakimlər: Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski, Konrad Sapela.
Əlavə hakim köməkçiləri: Pavel Raçkovski, Kristof Yakubik.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 7. Namiq Yusifov (77. Cavid Tağıyev, 77), 9. Reynaldo, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 41. Leroy Corc (17. Vüqar Nadirov, 65).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 24. Admir Teli, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Dnepr: 71. Denis Boyko, 3. Andrey Mazux, 17. İvan Striniç (7. Jaba Kankava, 46), 23. Duqlas, 44. Artyom Fedetski, 14. Yevgeni Çeberyaçko, 20. Bruno Qama (28. Yevgeni Şaxov, 85), 29. Ruslan Rotan (k) (4. Sergey Kravçenko, 90), 9. Nikola Kaliniç, 10. Yevgeni Konoplyanka, 18. Roman Zozulya.
Ehtiyat oyunçular: 16. Yan Laştuvka, 24. Valeri Luçkeviç, 21. Mladen Bartuloviç, 11. Yevgeni Seleznyov.
Baş məşqçi: Miron Markeviç.