BolgeXeber.Com » İdman » Ronaldo erməniləri məyus etdi-VİDEO

Ronaldo erməniləri məyus etdi-VİDEO

15-11-2014, 11:20
Oxunub: 3 751 Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Avropa çempionatının seçmə mərhələsinin bombardiri olub.

“Real Madrid”in ulduz futbolçusu AVRO-2016-nın seçmə mərhələsində Ermənistanla görüşdə 23-cü qoluna imza atıb. Qarşılaşmanın 72-ci dəqiqəsində hesabda dəyişiklik edən futbolçu özündən əvvəlki rekordları təzələyib.

Belə ki, bundan əvvəl bu rekord danimarkalı hücumçu Yon-Dal Tommason və Türkiyə millisinin sabiq üzvü Hakan Şükürə məxsus idi. Futbolçu karyeralarını başa vuran hər iki oyunçu 22 dəfə fərqlənməyi bacarmışdılar.

Hazırda Ronaldoya İrlandiya yığmasının forvardı Robbi Kin (21) və almaniyalı futbolçu Miroslav Kloze (19) yaxınlaşır.