UEFA: Azərbaycana qarşı qapıçısız da oynamaq olar
19-11-2014, 04:05
Oxunub: 4 375
Azərbaycan millisinin zəif cəhəti müəyyənləşib
Avro-2016-nın seçmə mərhələsində ardıcıl 4 məğlubiyyət alan komandamız qapıya dəqiq zərbə endirməyi bacarmır.Belə ki, ilk 4 turdan sonra yarışın statistik göstəricilərini açıqlayan UEFA yığmamızın bu göstəricidə qitənin ən zəifi olduğunu ortaya qoyub. Məsələ ondadır ki, komandamız keçirdiyi 4 oyunun 360 dəqiqəsi ərzində “çərçivə”yə cəmisi 3 dəfə düşüb.
Bu isə seçmə mərhələnin 53 iştirakçısı arasında sonuncu olan komandamızın orta hesabla hər 2 saatdan bir qapıçını narahat etməsi deməkdir. Həmin 3 zərbədən ikisi Bolqarıstan, biri İtaliya ilə matça təsadüf edib. Son iki görüşdə isə Xorvatiya və Norveç milliləri meydana qapıçısız da çıxsaydı, qol buraxmazdı.
Müqayisə üçün qeyd edək ki, sonuncular sırasında olan Andorra, San-Marino, Lixtenşteyn və Albaniya hərəyə 4 zərbəsi var. Lakin sonuncular 2 matçda bu qədər zərbə vurub.
Bu göstəricidə liderlər İsveçrə (36), Almaniya (35) və Polşadı (32). Ayrı-ayrı oyunçulardan Ueyn Runi 13, Qaret Beyl isə 11 dəfə çərçivəyə düşə bilib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər