Kriştiano Ronaldo üçüncü dəfə «Qızıl top»a sahib oldu-VİDEO
13-01-2015, 09:30
Oxunub: 4 485
Bu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb
Bolgexeber.com-un məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə aparılan səsvermənin yekun nəticəsinə əsasən, Portuqaliya millisinin və "Real"ın hücumameyilli yarımmüdafiəçisi Kriştiano Ronaldo bu mükafatın sahibi olub.
Ronaldo səsvermədə Lionel Messi ("Barselona") və Manuel Noyeri ("Bavariya") qabaqlayıb. Bununla da o, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.
Qeyd edək ki, K.Ronaldo ötən il "Real"la Çempionlar Liqası, İspaniya kuboku, UEFA superkuboku və klublararası dünya çempionatının kubokunu qazanıb.
Namizədlər:
İlin ən yaxşı kişi futbolçusu: Kriştiano Ronaldo (Portuqaliya, “Real)
İlin ən yaxşı qadın futbolçusu: Nadin Kessler (Almaniya, “Volfsburq”)
Kişi futbolunda ilin ən yaxşı baş məşqçisi: Yoahim Löv (Almaniya millisi)
Qadın futbolunda ilin ən yaxşı baş məşqçisi: Ralf Kellermann (Almaniya, “Volfsburq")
İlin ən yaxşı qolu (Ferens Puşkaş mükafatı): Xames Rodriqes (Kolumbiya, "Real", Madrid)
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər