Kamran Ağayev «Qəbələ»dən getdi
1-02-2015, 18:15
Oxunub: 7 713
“Qəbələ” qapıçı Kamran Ağayevlə yollarını ayırıb
Qarşılıqlı razılaşma əsasında futbolçu ilə müqaviləyə xitam verilib.
2014-cü ilin əvvəlindən “qırmızı-qara” formanı geyinən qolkiper “Qəbələ”nin uğurları üçün 1 il çalışıb. Komandanın heyətində 37 oyun keçirib, 43 top buraxan Ağayev 2013/14 mövsümündə “qırmızı-qaralar”la Topaz Premyer Liqasının bürünc mükafatçısı olub. Azərbaycan kubokunun finalında iştirak edib.29 yaşlı qapıçı Premyer Liqada 31 oyunda 36, Azərbaycan kubokunda 4 oyunda 2, Avropa Liqasında 2 oyunda 5 qol buraxıb. 31 dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan futbolçu 2014-cü il fevralın 8-də “Qarabağ”la çempionatdakı ev oyununda (0:1) debüt edib. “İnter”lə dekabrın 21-də Qəbələdə baş tutan çempionat matçı isə Ağayevin “qırmızı-qara” formada son oyunu olub.“Qəbələ” Kamran Ağayevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 19-04-2024, 17:23 : Xınalığa dolu düşüb
Bölgə
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər