BolgeXeber.Com » İdman » Nəriman Abbasov UFC-dəki ilk görüşündə uduzdu - Video

Nəriman Abbasov UFC-dəki ilk görüşündə uduzdu - Video

7-09-2022, 11:20
Oxunub: 3 576 Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.
28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.
Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.
Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət - red) olub.
Xatırladaq ki, Abbasov daha əvvəl "AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub. Azərbaycanlı döyüşçü texniki fasilə ilə qalib gəlib.

Döyüşçülər iyunun 10-da Moskvada keçirilən "AMC Fight Nights” 112 turnirinin birincisi olublar.