BolgeXeber.Com » İdman » “Qarabağ” avrokubokların qrup mərhələsində mübarizəyə başlayır

“Qarabağ” avrokubokların qrup mərhələsində mübarizəyə başlayır

8-09-2022, 12:19
Oxunub: 3 520 Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.
Bolgexeber.com
xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniyanın “Frayburq” komandasının qonağı olacaq.
“Europa-Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Qarabağ”ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.