BolgeXeber.Com » İdman » "Formula 1" mövsümünə START VERİLDİ

"Formula 1" mövsümünə START VERİLDİ

4-03-2023, 09:05
Oxunub: 3 496

Bolgə.TV xəbər verir ki, Yeni "Formula-1” mövsümünün ilk Qran-prisi çərçivəsində Bəhreyndə cümə məşqləri keçirilib.


İlk məşqdə Fernando Alonso və Maks Ferstappeni qabaqlayan "Red Bull” komandasının pilotu Serxio Peres ən yaxşı olub.

 

Pilotların yarışın simulyasiyasına cəmləşdiyi ikinci məşqdə Alonso hər iki "Red Bull” pilotunu qabaqlayaraq ən yaxşı vaxtı göstərib.


Qeyd edək ki, yarışın təsnifat mərhələsi 4 mart, əsas yarışı isə 5 mart tarixində baş tutacaq