BolgeXeber.Com » İdman » İnterdən gözlənilməz MƏĞLUBİYYƏT

İnterdən gözlənilməz MƏĞLUBİYYƏT

11-03-2023, 09:21
Oxunub: 3 424

Bolgə.TV xəbər verir ki, İtaliya A Seriyasında XXVI tura start verilib.


İlk gündə bir oyun keçirilib. Açılış matçında "İnter” "Spetsiya”nın qonağı olub. Görüş "nerazzuri”nin məğlubiyyəti ilə başa çatıb – 1:2.


Matçda hesablı 55-ci dəqiqədə Daniel Maldini ilə "Spetsiya” açıb. 83-cü dəqiqədə Romelu Lukaku hesabı bərabərləşdirsə də, 4 dəqiqə sonra Mbala Nzola meydan sahiblərinin qələbə qolunu vurub.


Bu məğlubiyyətdən sonra "İnter” 50 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. Simone İnzaginin komandası lider "Napoli”dən 15 xal geri qalır. Xalını 24-ə çatdıran "Spetsiya” isə 18-cidir